Səfərbərlikdən qaçan ruslar hesabına Gürcüstanda iqtisadi bum proqnozlaşdırılır
Noyabr 01
16:48
2022
Ukraynada müharibə başlayandan Gürcüstana səfərbərlikdən qaçan rusların axını ilə yanaşı, onların pul axını da artıb.
Qaynarinfo xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatına görə, 2022-ci ilin ilk doqquz ayında Rusiyadan köçürmələrin sayı keçən ilin nəticələri ilə müqayisədə dörd dəfə artaraq, 1,135 milyard dollara çatıb.
Rusiyadan daxilolmaların həcmi xaricdən Gürcüstana daxil olan bütün vəsaitlərin 40%-ni təşkil edib.
Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze bildirib ki, pul və miqrasiya axınları iqtisadi artımı stimullaşdırıb, ilin sonuna bu artım 10%-i keçəcək. Gürcüstan hökuməti 8,5% artım gözləyir.
"Bu ilin 8 ayında orta illik iqtisadi artım 10,3 faiz təşkil edib. Müvafiq olaraq, 2022-ci ildə iqtisadi artım proqnozu 10 faizə qaldırılır və iqtisadi aktivliyin orta illik səviyyəsinin onun potensial səviyyəsini aşması ehtimalı var. Nəticədə, xarici gəlirlər hesabına lari məzənnəsinin möhkəmlənməsi ilə qismən kompensasiya olunsa da, tələblə bağlı inflyasiya riskləri artıb”, deyə Qvenetadze bildirib.
Rusiya digər donor ölkələrdən xeyli irəlidədir. Belə ki, minlərlə Gürcüstan vətəndaşının yaşadığı və işlədiyi İtaliyadan və ABŞ-dan köçürmələr 2022-ci ilin ilk 9 ayında cəmi 10-12% artaraq, müvafiq olaraq 317 milyon dollar və 234 milyon dollar olub.
Gürcüstan İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) məlumatına görə, 2022-ci il fevralın sonundan avqustun 31-dək Gürcüstanda kommersiya banklarında 45 mindən çox rusiyalı hesab açıb. Bu vaxta qədər isə Gürcüstan banklarında cəmi 60.000 mindən çox adam hesab açmışdı. Yayın sonuna qədər bu hesablarda ümumilikdə 1,88 milyard lari (680 milyon dollardan çox) olub. Müharibə başlamazdan əvvəl bu məbləğ təxminən 700 milyon lari (250 milyon dollardan çox) idi.