SON XƏBƏR

Səfərbərlik İdarəsinin rəis müavini və şöbə rəisi həbs olundu

Mart 13
20:05 2023
Hər iki şəxs rüşvət almaqda ittiham olunur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini Adil Hüseynov, bu idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərov həbs olunub. 

Onlar rüşvət almaqda ittiham olunur. 

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, adları çəkilən şəxslər Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Adil Hüseynov saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il uzadılması, Toğrul İsgəndərov isə həqiqi hərbi xidmətə cəlb olunmamaq müqabilində rüşvət almaqda ittiham olunur.

"Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – Baş Prokurorluqdan bildirilib.

Adil Hüseynov və Toğrul İsgəndərovun bu ittihama münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook