Səfər Mehdiyevin fırıldaqçı adlandırdığı millət vəkili kimdir? – FOTO
Dekabr 11
20:36
2021
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev virtualaz.org saytına müsahibəsində adını çəkmədiyi bir millət vəkilini fırıldaqçı adlandırıb.
Komitə sədri bildirib ki, Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər: "Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.
Məlumat üçün bildirək ki, DGK sədrinin fırıldaqçı adlandırdığı millət vəkilinin kim olması ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb.
Komitə sədrinin açıqlmasına münasibət bildirənlərin əksəriyyəti belə düşünür ki, haqqında bəhs olunan millət vəkili Elnur Abdullayevdir. Sonuncu parlament seçkilərində 17 saylı 3-cü Yasamal seçki dairəsindən millət vəkili seçilən Elnur Allahverdiyev rəqəmsal və məişət texnikası satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan "Kontakt Home”a rəhbərlik edib.
Yeniavaz.com
Qlobal.az