“Səfalı“ MTK sakinləri necə aldadıb? - Ev alanlar diqqətli olun
İyun 29
03:18
2022
Paytaxtın tikinti sektorunda qayda-qanun yaratmaq üçün görülən tədbirlərə və tikinti şirkətlərinin rəhbərlərinin çoxsaylı həbslərinə baxmayaraq bəzi şirkətlərin intizamsızlığı və öhdəliyin yerinə yetirməməsi davam edir. 32gun.az-a məlumat verən şikayətçilər iddia edir ki, belə şirkətlərdən biri "Səfalı" MTK-dır.
Şikayətçilərin iddiasına görə, şirkət rəhbərliyi pilot layihə əsasında illər öncə tikintisinə başladığı bina hələ də problemləri həll etməyib.
İşlərin səliqəsiz və plansız görülməsi də sakinləri hiddətləndirib, onlar ümumilikdə inşa edilən binanın və mənzillərin bərbad vəziyyətdə olduğunu bildirirlər.
Şikayətçi bildirir: "Bəzi mənzillərə su sayğacları hələ indi - 5-ci ildə qoyulub. Təsəvvür edin ki, mənzildə havalandırma sistemini səhv olduğuna görə başqa yerə çəkiblər, köhnə yarıq isə hələ də qalır. Oradan da qonşunun evinə asanlıqla keçə bilərsən. Yəni belə biabırçı vəziyyət yaranıb".
"Problemlərdən qalmışıq yollarda. Sakin olaraq tələb edirəm ki, mənzilimiz müqavilədə yazıldığı kimi təhvil verilsin".
Sakinləri hiddətləndirən digər məsələ, tikinti şirkətində normal məlumat ala bilməmələridir. Sakinlərin bildirdiyinə görə yaxın zamanda aidiyyatı qurumlara şikayət məktubları ünvanlayacaqlar.
Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçi Allahyar Mirzəyev Adaşil oğludur.
Qeyd edək ki, Allahyar Mirzəyev Adaşil oğlunun adı mətbuatda vergi cinayətlərində hallanıb.
Yeni alıcıların şikayətinə görə isə, reklamlarda "qiymətdə 15.000 AZN endirim olundu təcili satılır" deyilsə də vədə əməl edilmirş heç bir endirim edilmir. İddiaya görə, bəzi mənzillərin isə çıxarışları hələ sakinlərə təqdim olunmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qlobal.Az