Səbail icra hakimiyyətinin şöbə müdiri parkda obyekt tikdirir – FOTO
![](https://qlobal.az/photo/680x365/2024-05/1715661799_278006786_279010347755488_4088004605085363676_n.jpg?1722048666)
May 14
08:42
2024
Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Elxan oğlu Qafur Məmmədov adına parkdakı yaşıllıqları "qaralayıb”.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, atası Elxan Məmmədovun icra başçısının sürücüsü işləməsindən istifadə edən İlham Məmmədov Səbail rayonunda "əl-qolu”nu daha da açıb:
"Artıq İlham Məmmədovun "xeyir-duası” sayəsində park ərazisində bir neçə obyektin inşası tam sürətlə davam edir. Bu da "təbiət qatilləri”nin heç kimdən çəkinmədiyini göstərir. Təqdim etdiyimiz şəkillər bunun inkaredilməz sübutudur (Fotolar aşağıda verilib – Mia.az)”.
Məlumatda göz önündə aparılan bu tikinti zamanı yaşıllıq ərazinin hjasara alılnmasına da məhəl qoyan olmayıb.
Bu və ya digər məqamlarla bağlı Səbail Rayon İcra Hakimiyyətinin rəsmi poçt ünvanına aprelin 24-də sorğu göğndərsək də, aradan 20 günə yaxın vaxt ötsə də cavab verilməyib.
Qarşı tərəfdən mövqe öyrənə bilmədik.
Qlobal.az
![](https://qlobal.az/file/pic/xeber/2024-05/1715661712_15.jpeg)
![](https://qlobal.az/file/pic/xeber/2024-05/1715661667_16.jpeg)
![](https://qlobal.az/file/pic/xeber/2024-05/1715661717_17.jpeg)