SON XƏBƏR

Saxta mal satan “Ledi Şarm” rəhbəri Ərdoğana sığınıb? – Fotolar

Mart 31
19:59 2019
Bir müddət əvvəl bazara saxta etiketlərlə mal çıxardığına görə hüquq-mühafizə orqanları tərəfindən məsul şəxsləri həbs edilən "Ledi Şarm” mağazalar şəbəkəsinin sahibi olduğu deyilən Aybəniz Musayeva barədə məlumat əldə etmişik

Qlobal.az Azeuronews.com-a istinadən xəbər verir ki, A.Musayeva özünü sığortalamaq və qorumaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sığınıb. Daha doğrusu, saxta mallar satan firmanın xanım rəhbəri özünü sosial şəbəkədə Ərdoğanla reklam etməklə, ona yaxın biri olduğunu göstərməklə düşdüyü vəziyyətdən çıxmağa çalışır.

A.Musayeva facebook hesabına profil fotosuna Ərdoğanla olan şəklini yerləşdirib və bununla mesaj verməklə hansısa güclərə güvəndiyini deməyə cəhd göstərib.

Onun profilində AKP millət vəkilləri ilə şəkillərinə, müxtəlif tədbirlərdə iştirakına rast gəlmək olar. Təbii ki, buna bir söz demək olmaz, əgər Aybəniz xanım Azərbaycan və Qarabağa naminə fəaliyyət göstərirsə, təqdir edə bilərik. Lakin ortada onun şirkətinin cinayət işi və həbslər var, faktiki olaraq özünü AKP-çi, Ərdoğançı göstərən biznes ledinin mağazaları saxta mallar satmaqla insanları aldadırmış. Bu isə nə Ərdoğanın, nə ümumən müsəlmanların inancına uyğundur. Daxili İşlər Nazirliyinin rəsmi məlumatında deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib. Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Araşdırmalarla həmçinin "Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey” və "Made in İtaly” nişanları tikildiyi məlum olub.Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Araşdırmalarla həmçinin "Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey” və "Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində "Lady Sharm”ın "qara” mühasibatlığın aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə "Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Həmin paltarlara "Chanel”, "Fendi”, "Dolce & Gabbana”, "Valentino”, "Chiristian Dior” , "İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. "Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.Az
 

 
 









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook