Saxta elmi ad verməkdə təqsirləndirilən tanınmış alimin cinayət işi üzrə istintaq yekunlaşıb
Dekabr 11
14:32
2023
Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin məhkəməsi başlayır.
"Report” xəbər verir ki, cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.
Faktla bağlı o, Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
İstintaq materiallarına əsasən, Ş.Əliyev işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Şəfa Əliyev 245-dən çox elmi əsərlərin, o cümlədən 4 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir.
Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir.