"Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq" - Zaxarova

İyul 09
15:20
2025
Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskva Bakı ilə təmasları davam etdirir.
"Əminik ki, bütün yaranmış məsələləri tərəfdaşlıq əsasında, mövcud siyasi diplomatik kanallarla həll etmək vacibdir. Məhz bu cür yanaşma ölkələrimizin, xalqlarımızın köklü maraqlarına cavab verir”, - Rusiya XİN sözçüsü vurğulayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskva Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanlarının xətti ilə təmasları dəstəkləyir.