SON XƏBƏR

Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir

Oktyabr 30
13:59 2025
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Qlobal.az unikal.az-a istinadla  xəbər verir ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. O 2023-cü ildə hakim təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.

Sfera.az-ın məlumatına görə isə, İslam Rzayev həmçinin maliyyə nazirinin müşaviri Elman Mehdiyev də dayısıdır. E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır. Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook