Saxarov mükafatını məhbus bloqçu aldı
Oktyabr 30
18:10
2015
Avropa Parlamentinin Andrey Saxarov adına "Azad düşüncə mükafatı”nın 2015-ci il üzrə laureatı bəlli olub. Bu, Səudiyyə Ərəbistanından olan məhbus bloqçu Raif Badavidir.
Qlobalinfo.az Novator.az-a istinadən xəbər verir ki, "Free Saudi Liberals” saytının müəllifi Raif Badavi 2012-ci ildə həbs olunub. O, dini baxışlarına görə 10 il müddətinə həbs cəzasına və min şallaq zərbəsinə məhkum edilib.
1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilən Saxarov mükafatının fondu 50 min avro məbləğindədir.



