SON XƏBƏR

Şarl de Qollun admiral oğlu 103 yaşında vəfat etdi

Mart 13
12:16 2024
Ötən gecə Fransanın tarixi lideri, general Şarl de Qollun böyük oğlu, admiral Filip de Qoll 103 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "France 24" telekanalı mərhumun ailəsinə istinadən məlumat yayıb.

Filipp de Qoll Parisdə Milli Əlillər İnstitutunda dünyasını dəyişib. Onun son illərdə orada yaşadığı qeyd edilir.

Filip de Qoll 1921-ci ildə Parisdə Şarl de Qollun böyük oğlu olaraq anadan olub. O, bütün həyatını hərbi və siyasi karyeraya həsr edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook