SON XƏBƏR

Sarı dənizdə iki gəmi toqquşub, 10 nəfər itkin düşüb

Fevral 27
12:18 2016
Sarı dənizdə iki gəmi toqquşub. Gəmilərdən biri batıb, 10 nəfər itkin düşüb.
 
"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
 
Məlumata görə, "Sinji-6" yük gəmisi ilə "Lutszyaoyuy-60968" balıqçı gəmisi Çinin Çaolyan adası yaxınlığında toqquşub. Hadisə baş verən zaman həmin ərazini qatı duman bürüdüyündən, görüntünün zəif olduğu bildirilib. Toqquşma nəticəsində balıqçı gəmisi batıb, heyəti isə itkin düşüb.
 
Axtarış-xilasetmə əməliyyatı keçirilir.
 
Hadisənin başvermə səbəbi məlum deyil.
 
Hər iki gəmi Çin şirkətlərinə məxsus olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook