Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Dekabr 23
13:09
2021
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin adınız öz qanuni hüquqlarını qoruyan, haqlı olaraq beynəlxalq arenada layiqli yer tutan Azərbaycanın ən yeni tarixinin ayrılmaz hissəsidir. Sizin rəhbərliyinizlə yürüdülən ardıcıl, ölçülüb-biçilmiş xarici və daxili siyasət Azərbaycan Respublikasının nüfuzunun durmadan artmasına, onun mövqelərinin möhkəmlənməsinə imkan yaradır.
Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışdığınız müddətdə Vətənə sədaqətlə xidmətin parlaq nümunəsini göstərmiş, milyonlarla həmvətəninizin səmimi hörmətini qazanmış, həmçinin xaricdə də böyük nüfuz sahibinə çevrilmisiniz.
Tam əminliklə demək olar ki, 2021-ci ildə 20 yaşı tamam olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) birgə səylər sayəsində güclü transregional təşkilat kimi geniş beynəlxalq nüfuz qazanmışdır. Təşkilatın fəaliyyətinə Sizin şəxsi diqqətiniz, onun Katibliyinin işində fəal iştirakınız, dialoq üzrə tərəfdaş qismində Azərbaycanla qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi ŞƏT-in gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.



