Sanksiyalara rəğmən Qərb şirkətləri Rusiyadan böyük pullar qazanır
Sentyabr 21
08:48
2023
Rusiyada fəaliyyətini davam etdirən Qərb şirkətləri 2022-ci ildə ölkədə 18 milyard dollardan çox mənfəət əldə edib.
APA xarici KİV-lərə istinadla xəbər verir ki, ən böyük mənfəəti 4,9 milyard dollarla ABŞ, 2,4 milyard dollarla Almaniya, təxminən 2 milyard dollarla Avstriya və 1 milyard dollarla İsveçrə şirkətləri əldə edib.
Məlumata görə, Avstriyada yerləşən "Raiffeisen Bank” 2022-ci ildə təxminən 2 milyard dollarla qərb firmaları arasında ən böyük Rusiya qazancı əldə edib. Bunu 775 milyon dollarla ABŞ-ın tütün nəhəngi "Philip Morris” və 718 milyon dollarla içki nəhəngi "PepsiCo” izləyib. İsveç yük maşını istehsalçısı "Scania” 2022-ci ildə Rusiyada 621 milyon dollar qazanaraq Rusiya bazarını tərk edən müəssisələr arasında ən çox qazanan şirkət olub.
Bildirilir ki, yüksək mənfəətə görə "dost olmayan” ölkələrdəki şirkətlər qazanclarını geri ala bilməyəcək.