SON XƏBƏR

Sanksiyalar Rusiyanın “Şimal axını 2” operatorunu iflas etdirdi

Mart 02
00:28 2022
"Şimal axını 2” operatoru Ukraynaya təcavüzü səbəbindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə müflis olub.

Qaynarinfo İsveçrənin "Le Temps” nəşrinə istinadən xəbər verir ki, iflas Nord Stream 2 AG-nin qeydiyyatdan keçdiyi İsveçrənin Zuq kantonunun hökuməti tərəfindən təsdiqlənib.

Şirkətin müflis olması səbəbindən 100-dən çox insan işini itirib.

Günün ikinci yarısında anonimlik şərti ilə iki həmsöhbət şirkətin potensial müflisləşməsi ilə bağlı danışıqlar barədə Reuters-ə danışıblar.

Onların sözlərinə görə, Şimal Axını-2 AG bəzi öhdəliklərinin ödənilməsi ilə bağlı maliyyə məsləhətçisi ilə məsləhətləşir və bu həftə İsveçrə məhkəməsində müflis elan edilməsi prosesinə başlamaq niyyətindədir.

Bundan əlavə, agentliyin məlumatına görə, şirkət işçilərlə müqavilələrə xitam verir. Şimal Axını-2 AG-nin bütün şirkətləri bağlamağı planlaşdırdığı, yoxsa "Qazprom”un boru kəmərinə xidmət göstərmək üçün onlardan istifadəni davam etdirəcəyi hələlik bəlli deyil.
Şimal Axını-2 AG Reuters-in sorğularına cavab verməyib, Qazprom isə şərh verməkdən imtina edib.

ŞA-2 kəmərinin tikintisi başa çatdırılsa da, Avropa qanunvericiliyinin pozulması faktları aşkar olunduğundan istismar edilməyib. Ötən həftə Vaşinqton Almaniya ilə birlikdə Rusiya prezidentinin qondarma "LDNR”-i tanımasından sonra Putinin layihəsinin dondurulduğunu elan edib.

Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi ilə əlaqədar olaraq bir neçə iri şirkət, o cümlədən neft şirkətləri layihədən çəkildiklərini bəyan ediblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook