“Samur” postunda tıxac: 1500-dən çox yük maşını Rusiyaya keçə bilmir
İyun 04
11:50
2021
Sərhəddə yerləşən "Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.
Qlobal.az-ın APA-ya istinadən verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 1500-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.
"Samur” gömrük postundan verilən məlumata görə, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır.
Bildirilib ki, Rusiya tərəfi ilə əldə olunan ilkin razılaşmaya görə, gün ərzində qonşu ölkəyə keçən maşınların sayı 2 gündür artırılıb.



