SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

Samir Nuriyev yeni sədri kollektivə təqdim edib

Fevral 14
14:18 2025
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Rüfət Mahmudu kollektivə təqdim edib.

Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1977-ci ildə xalqımızın qədim memarlıq irsini, paytaxtımızın tarixini və mədəniyyətini əks etdirən İçərişəhər kompleksinə tarix-memarlıq qoruğu statusunun verildiyini bildirib.

Qeyd edilib ki, İçərişəhər ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2005-ci il 10 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması həmin ərazidəki abidələrin, bütövlükdə kompleksin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün mühüm qərar olub.

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladan Samir Nuriyev deyib ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən İçərişəhərin konservasiya üzrə Baş Planı hazırlanıb və 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.

Prezident Administrasiyasının rəhbəri ötən dövr ərzində tarix-memarlıq abidələrinin qorunub saxlanması, onların öyrənilməsi, eləcə də turizm infrastrukturunun qurulması istiqamətində mühüm işlərin görüldüyünü, həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin İçərişəhərə, ümumilikdə tariximizə, mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu istiqamətdə daha böyük əzmlə çalışacağına əmin olduğunu deyən Samir Nuriyev dövlət başçısının tapşırıqlarını kollektivin diqqətinə çatdırıb, yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, R.Mahmudlu Prezident İlham Əliyevin fevralın 13-də imzaladığı Sərəncamla İdarənin yeni sədri vəzifəsinə təyinat alıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook