Şamaxı Rəsədxanasının üç əməkdaşı Ombudsmana müraciət edib
Mart 03
15:41
2023
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının üç əməkdaşı qurumun baş direktoru tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib.
"Report” xəbər verir ki, bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksində əksini tapıb.
Məruzədə bildirilib ki, rəsədxanasının üç əməkdaşı Ə., Ş. və H. (15646-22) Ombudsmana müraciət edərək, həmin rəsədxananın baş direktoru tərəfindən təzyiqlərə məruz qaldıqlarını, Ə. və H.-nın əmək qabiliyyətlərinin müvəqqəti itirilməsinə görə iş yerində olmadıqları müddətdə heç bir əsas olmadan onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini qeyd edib, məsələnin araşdırılmasını və hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş ediblər.
Şikayətlə bağlı Elm və Təhsil Nazirliyinə ünvanlanan sorğuya verilmiş cavabda nazirliyin yeni əsasnaməsinin və Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin hazırlandığı nəzərə alınaraq, qaldırılan məsələyə adıçəkilən sənədlər təsdiq edildikdən sonra baxılmasının məqsədəmüvafiq hesab edildiyi bildirilib.
Ətraflı
Göründüyü kimi, cavabda ərizəçilərin əmək hüquqlarının pozulması hallarına münasibət bildirilməyib, həmçinin onların əmək hüquqlarının pozulması ilə bağlı şikayətlərinin araşdırılması istiqamətində tədbirlər görülməyib.
Digər tərəfdən, məlum olduğu kimi, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli, 1769 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları, habelə digər qurumları ilə yanaşı, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Qeyd edilənlər baxımından, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əsasnaməsinin, hətta Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin qəbul edilməməsi ərizəçilərin pozulmuş hüquqlarının bərpası üzrə tədbirlərin görülməməsinə əsas vermir.
Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir", - məruzədə bildirilib.