SON XƏBƏR

Şamaxı meşələri yanır

Avqust 18
19:23 2016
Bir müddət əvvəl Şamaxı rayonunun Şərədil kəndi ərazisində yanğın başlayıb. Artıq yanğının miqyasının böyüdüyü bildirilir.
 
Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.
 
Məlumata görə, əvvəlcə kəndin ərazisindəki örüş sahəsində başlayan yanğın qısa zamanda genişlənib və artıq meşə zolağına keçib.
 
Hazırda Şamaxı və Ağsu rayon Yanğından Mühafizə xidmətlərinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunublar.
 
Artıq Ağsu dolaylarına yaxın olan meşə zolağında da yanğın başlayıb. Yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook