Salyanda Y.Qasımov adına 4 saylı tam orta məktəbdə nə baş verir?
Noyabr 24
09:38
2025
Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəbdə qanun pozuntularının baş verməsi barədə məlumatlar yayılıb.
Qlobal.azxəbər verir ki, yayılan məlumata görə 10 və 11-ci sinifdə oxuyan şagirdlərin bəziləri aylıq ödəniş əsasında məktəbə gəlmirlər.
Eyni zamanda məktəbin texniki işçilərinin arasında da saxta işçilərin olduğu bildirilir.
Belə ki, rəsmi sənədlərdə məktəbin 10 təmizlikçisi var. Lakin məktəbdə təmizlikçi işini 2-3 xadimənin gördüyü deyilir.

Qlobal.az sosial mediada yayılan xəbərlərə aydınlıq gətirilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsindən və Salyan rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
Cahandar Laçınlı
Qlobal.az