Salyanda qeyri-adi kəpənək FOTO
Sentyabr 15
18:34
2016
Salyanda Xəlilbəylilər ailəsi qeyri-adi kəpənəklə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Salyan şəhər, Elçin İmanov küçəsi 27-də yaşayan Şəhriyar Xəlilbəyli evlərində qeyri-adi kəpənəklə rastlaşıb.
Uzunluğu təqribən 4 santimetrə yaxın olan kəpənəyin üzərində insan başını xatırladan şəklin olması ailə üzvlərini heyrətləndirib.
Ailə başçısı indiyədək belə kəpənəklə qarşılaşmadığını bildirib.
Qlobal.az