SON XƏBƏR

Salyanda körpələri ölən ata danışdı- VIDEO

İyun 21
19:37 2016
Toğrul Fərəcov uşaqlarının gecə saat 4-ə qədər sağ olduqlarını deyib

Salyan doğum evində üçəm körpələrindən ikisini itirən ata Toğrul Fərəcov uşaqlarının işığın kəsilməsi nəticəsində oksigensiz qalaraq ölməsini inkar edənləri yalan məlumat verməkdə günahlandırıb. 

Toğrul Fərəcov bildirib ki, onun uşaqlar gecə saat 4-ə qədər sağ olublar.

"Yalan sözdür! Saat 04:00 qədər mən xəstəxanada olmuşam. Sonra evə getmişəm. 5-ə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb. Körpələr 4 saat işıqsız qalıblar", - deyə  üçəmlərin atası bildirib.

İki qardaşı ölən körpə atası və Salyan rayon xəstəxanasının tibb bacısı ilə Bakıya gətirilib. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev sağ qalan körpənin vəziyyətinin ağır olduğunu bildirib.

"Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Uşağın çəkisi normadan həddindən çox aşağıdır. Onun çəkisinin 1 kiloqram olduğu deyilir. Körpələr vaxtından əvvəl doğulub. Hamiləlik müddətindən 10 həftə çatışmır", - deyə həkim Nəsib Quliyev söyləyib.
 

 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook