SON XƏBƏR

Salyan rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOLAR

Mart 02
20:44 2023
Salyan rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda aqrar sahənin formalaşmasında rolu” mövzusunda tədbir keçirilib.
 
Salyan Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayon İcra hakimiyyəti, YAP rayon təşkilatı, Dövlət Aqrar İnkişaf Mərkəzi, kənd təsərrüfatı işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar və gənclər iştirak edib.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotostendlərlə tanış olublar.
 
Tədbir Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında davam edib.
 
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, "Ümummilli Lider Heydər Əliyevin Azərbaycandaaqrar sahənin formalaşmasında rolu” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamaliyev, YAP rayon təşkilatının sədri Elmar Əhmədov, Sort-sınaq məntəqəsinin müdiri Eyvaz Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, fermerlər Emin Mirzəyev və Balaş Əhmədov çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətindəki əvəzedilməz fəaliyyətindən bəhs etmiş, bu gün də bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişlər.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook