SON XƏBƏR

Salyan rayonunda referenduma hazırlıq işləri tamamlanmaq üzrədir

Avqust 31
09:47 2016
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi- referendumla bağlı 59 saylı Salyan və 60 saylı Salyan- Neftçala seçki dairəsi dairə seçki komissiyaları və onların əhatə etdiyi məntəqə seçki komissiyaları tərəfindən aparılan hazırlıq işləri uğurla davam etdirilir.
 
Qlobal.az xəbər verir ki, referendumun tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün seçki məntəqələri lazımi texniki avadanlıqlar və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik sistemi ilə təchiz olunub. Səsvermə kabinələri quraşdırılıb, seçki qutuları və lazımi inventar avadanlıqlar gətirilib, seçici siyahıları və məlumat lövhələri asılıb. Hazırda referendumun keçirilmə vaxtı və seçki məntəqələrinin yeri barədə bildirişlər yazılır və yaxın günlərdə seçicilərə paylanılacaq.
 
Bundan əlavə, dairə seçki komissiyaları tərəfindən yerli müşahidəçilərin qeydiyyatı da aparılır.
 
59 saylı Salyan seçki dairəsinin sədri Səlamət Kərimovun Qlobal.az-a verdiyi məlumata görə, bu dairədə 40 seçki məntəqəsi üzrə 38422 seçici qeydiyyatdadır.
 
60 saylı Salyan- Neftçala seçki dairəsində isə DSK-nın sədri Fuad Muradovun məlumatına görə, 39 seçki məntəqəsi üzrə 38022 seçici qeydiyyatdadır.
 
Qeyd edək ki, avqustun 22-dən 24-dək 59 saylı Salyan və 60 saylı Salyan- Neftçala seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün referendumla bağlı ixtisaslaşdırılmış kurslar təşkil edilib. Bu günlərdə isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirmə xarakterli kursların təşkili planlaşdırılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook