SON XƏBƏR

Salyan rayon məktəbliləri üçün ilkin təcili tibbi yardım bacarıqları mövzusunda təlim günü keçirilib

Mart 30
16:44 2023
Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində Salyan rayon məktəbliləri üçün ilkin təcili tibbi yardım bacarıqları mövzusunda təlim günü keçirilib.
 
Təlimdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış etmişdilər.

Təlimdə arterial təzyiqin ölçülməsi, qlükometriyanın aparılması, sınıq travmaları zamanı ilkin yardım, tənəffüs yolunda yad cisimlər zamanı ilkin yardım, ürəyin qapalı masajı və süni tənəffüs, qanaxmalarda ilkin yardım, infeksiyalara qarşı profilaktik tədbirlər mövzusunda məktəblilər ilkin yardımla tanış oluşlar.
 
Belə ki, təlim iştirakçılarına aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani məlumatlar verilmişdir. Eyni zamanda mütəxəssislər maneken-mulyaj üzərində təlim müddətində qazandığı bilikləri nümayiş etdirmişlər.
 
Qeyd edək ki, təlimdə iştirak edən şagirdlər sonda sertifikatlar ilə təltif olunmuşlar.
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook