SON XƏBƏR

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə şəhər əhalisi ilə görüş keçirib

May 30
10:54 2023
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə şəhər əhalisi ilə görüş keçirmişdir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.  
 
RİH başçısı keçirilən səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır.
 
Qəbulda vətəndaşlar şəhərin bəzi istismar müddəti keçmiş küçələrinin asfaltlanmasnı, elektrik xəttinin yüksək gərginlikdə olmasını, işlə təminat, küçələrdə ağacların budanmasını və səkilərin bərpası kimi məsələlər səsləndirmişlər.
 
Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook