Salyan Rayon İcra hakimiyyətinin başçısı Kolanı kəndində əhali ilə görüş keçirmişdir
Sentyabr 06
23:29
2016
Salyan Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşləri davam etdirilir.
Rayonunun yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb edən bu cür görüşlərdən biri də bu gün Kolanı kəndində keçirilib.
Tədbirdə Salyan RİH-nin başçısı Sevindik Hətəmov son zamanlar rayonda aparılan uğurlu sosial-iqtisadi yeniliklərdən danışaraq bundan sonra da Respublika Prezidenti İlham Əliyev cənablarının apardığı siyasətin tərkib hissəsi olaraq inkişafın davam edəcəyini vurğuladı.
Sonda kənd sakinlərinin təklif və şikayətləri dinlənildi.
Qlobal.az



