SON XƏBƏR

Salyan Rayon İcra Hakimiyyətində taxıl biçini və tədarükü ilə əlaqədar qərargahının iclası keçirilib

May 22
22:01 2023
Salyan Rayon İcra Hakimiyyətində taxıl biçini və tədarükü ilə əlaqədar qərargahının iclası keçirilib.

İclasda biçin mövsümü ərzində sahələrdə yanğın təhlükəsizliyinə ciddi əməl olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb.
 
Qeyd edilib ki, bütün ərazilərdə biçin müvafiq texniki normalara uyğun aparılmalı və yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər görülməlidir.
 
Bildirilib ki, bu məsələlərlə bağlı torpaq mülkiyyətçiləri maarifləndirilməli və biçini aparan texniki heyət ehtiyatlı davranmalıdır. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir.
 
Qərargah iclasında taxıl biçini ilə əlaqədar qarşıya çıxa biləcək məsələlər və həllinə dair təkliflər müzakirə edilib, müraciətlər dinlənilib və müvafiq tapşırıqlar verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook