SON XƏBƏR

Salyan məktəblilərinin uğuru - FOTO

İyun 16
18:36 2020
Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunun nəticəsi məlum olub.
 
Qlobal.az xəbər verir ki, qaliblər arasında Salyan rayonunun məktəbliləri də yer alır. 
 
Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunda Salyan şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi Bədəlov Əflan Aslan oğlu coğrafiya fənni üzrə birinci, şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb liseyin XI sinif şagirdi Kazimova Nərmin Tofiq qızı isə Azərbaycan dili və ədəbiyyat fənni üzrə üçüncü yerə layiq görülüb. 

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Olimpiadada öz bilik və istedadlarını nümayiş etdirərək uğur qazanan məktəbliləri təbrik edərək onlara təhsildə yeni-yeni müvəffəqiyyətlər arzulayıb.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook