Şallağa görə Xameneyiyə müraciət ünvanlanib
Oktyabr 31
16:20
2015
İranlı şairlər Fatemeh Ektesari və Mehdi Mossaviyə verilən qamçı cəzaları dünya mediasının gündəmindən düşmür.
Məlumatlara görə, hər iki şair qarşı cinslə əllə salamlaşdığı üçün qamçı cəzasına məhkum ediliblər. 99 dəfə qamçılanacaq olan şairlərin cəzası bunla da bitmir. Ektesariyə 11,5 il, Moosaviyə isə 9 il həbs cəzası verilib. Bu haqda Beynəlxalq Yazıçılar Birliyindən məlumat yayılıb. 12 oktyabrda cəzaları açıqlanan şairlər "müqəddəs dəyərlərə həqarət” etdikləri üçün həbs ediləcəklər.
Yazıçılar birliyi şairlərin fikir azadlıqları və sərbəst buraxılması üçün dini lider Əli Xomeyniyə müraciət edib.



