SON XƏBƏR

Saleh Məmmədovun işçiləri dekabrın maaşını ala bilməyib

Yanvar 22
10:10 2025
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonlarda fəaliyyət göstərən idarələrinin işçiləri dekar ayının əmək haqqını almayıblar...
 
Qlobal.az xəbər verir ki, bu barədə məlumatı Poliqon saytı yayıb.

Yeni il qabağı işçilərin əmək haqqlarının verilməməsi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonlarda fəaliyyət göstərən işçilərinin narazılığına səbəb olub.

Məlumata görə, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanlar əmək haqqı alsalarda, əyalət idarələri hələ də dekabr ayının əmək haqqısının verilməsini gözləyirlər.

Bu barad Poliqon-a danışan mənbə biri qeyd edibki, yeni il qabağı işçilərin əmək haqqlarının verilməməsi onlar üçün ciddi problem olub. Yanvar ayının iki iş həftəsinin arxada qalmasına baxmayaraq, yerlərdəki idarə müdirləri hələ də işçilərə maaşlarını nə vaxt ala biləcəkləri barədə heç bir şey deyə bilmir. Çünki idarə rəisləri maaşların gecikməsinin nə səbəbini, nə də vaxtını bilmirlər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Baş Maliyyə İdarəsinin rəisi isə Müseyib Həmzəyevdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook