SON XƏBƏR

Şahmar Mövsümov beynəlxalq təşkilatın seçkisində uduzdu

Fevral 15
09:45 2016
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib.
 
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov seçkidə uduzub.
 
O Avrasiya regionundan namizəd idi. Bu barədə MSŞK-nin saytı xəbər yayıb.
 
Xəbərə görə, təşkilatın idarə heyətinə Avrasiya regionundan ukraynalı millət vəkili Olqa Bielkova seçilib. Bielkova Şahmar Mövsümovdan 8 səs artıq (19 səs) toplayıb. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2015-ci ilin aprelində Azərbaycanın bu qurumdakı statusunu aşağı tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə endirib.
 
Yanvardan sonunda Dövlət Neft Fondu MSŞK ilə münasibətlərin inkişafı yönündə danışıqlar aparıldığını bildirimişdi.
 
Azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook