Şahmar Mövsümov: “Azərbaycan pandemiya ilə mübarizədə şanslıdır”
Noyabr 04
16:44
2021
"Koronavirus (COVID-19) pandemiyası ötən il dünya iqtisadiyyatına böyük ziyan vurub. Azərbaycanda da ümumi daxili məhsul (ÜDM) 4,3% azalıb”.
"Report”un xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya iqtisadiyyatı” mövzusunda panel müzakirələrində deyib.



