Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib - Kamal Məmişovla KİMSƏ BACARMIR?
Yanvar 14
01:39
2025
"Əslən Laçın rayonundan olan iş adamı Kamal Məmişov dövlət torpaqlarının zəbtini davam etdirir. Uzun illərdir ki, dövlət torpaqlarına qənim kəsilən Kamal Məmişov bugünə qədər hektarlarla dövlət torpağını dədə-baba malı kimi sataraq bundan yüz min manatlarla qanunsuz vəsait əldə edib. Kamal Məmişova bu işdə dəstək verən əsas simalardan biri isə Abşeron rayonu Masazır icra nümayəndəsi Şahlar Əsgərovdur".
Bu barədə "Dia.az"a göndərilən məqalədə deyilir.
İş adamı zəbt və istismar etdiyi torpaqların qarşılığında dövlətə heç bir vergi ödəmir. İllərdir yığılıb qalan çoxsaylı vergi borcuna görə də iş adamı dəfələrlə məhkəməyə verilib. Amma məhkəmələr də Kamal Məmişovdan dövlət rüsumunu ala bilmir. Şahlar Əsgərovun Kamal Məmişovu himayə etməsinin isə bir sıra səbəbləri mövcuddur. Bütün zəbt prosesində Kamal Məmişovu məcburi köçkün kimi qabağa verən Şahlar Əsgərov himayəsinin qarşılığlnda torpaqların, yaxud satılan torpaqlardan əldə edilən pulun bir hissəsini özünə götürür. Bir sözlə, Kamal Məmişov və Şahlar Əsgərov "alan razı, verən razı” prinsipi ilə çalışmaqdadır. İtirən isə dövlət, onun büdcəsidir..."
Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az