Sahibkarların mətbuat konfransı sabah keçiriləcək
Yanvar 27
17:25
2016
Zavodları əllərindən alınmış Zülfüqarlı qardaşları davam edən problemləri ilə barədə ötən həftə mətbuat konfransı keçirəcəklərini elan etmişdi. Texniki səbəbdən təxirə salındığından tədbir yanvarın 28-də saat 12-də keçiriləcək.
MTN olaylarından və sahibkarlıq fəaliyyətinə köməklə bağlı fərmanların verilməsindən sonra sözügedən zavodların işçiləri prezident İlham Əliyevə müraciət etmişdilər ki, quldurluq yolu ilə sahibkarların əlindən alınmış müəssisələr qanunu mülkiyyətçilərinə qaytarılsın. Həmin müraciətdən sonra ictimaiyyətə bəlli olmuşdu ki, Zülfüqarlı qardaşlarına məxsus "Bakı Poladtökmə” və "Bakı Elektroştamp” zavodları bu gün işlərini tamamilə dayandırıb, vaxtilə 1500-ə qədər adamın çalışdığı və sürətlə böyüyən müəssisələr öz sahiblərindən zorla alındıqdan sonra boş zibillik halına düşüb. Zavodları ələ keçirənlər onları işlədə də bilməyib.
"Bakı Elektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədovun bildiirb ki, edilən müraciətlərin nəticələri, zavodların taleyi, kollektivin üzləşdiyi problemlərlə bağlı zavod kollektivlərinin nümayəndələri mətbuat konfransında öz tələb və təkliflərini açıqlamaq istəyir.
Mətbuat konfransı "Bakı Elektroştamp” zavodunda, inzibati binada keçiriləcək.
Ünvan: Bakı şəhəri, Araz küçəsi, 7 ("Ulduz” metrosunun mərkəzdən gələrkən hərəkətin əksinə olan çıxışı). Əlaqə nömrələri: 050-205-66-87, 055 -337-62-27.
Tədbirə KİV nümayəndələri dəvətlidir.
Azadlıq.info