Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir
Noyabr 07
00:10
2025
Braziliyanın Belem şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitində iştirak edir.
Qlobal.az xəbər verir ki, Braziliyanın xarici işlər naziri Mauro Vieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerini salamlayıb.
Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra digər ölkələrin prezidentləri və baş nazirləri çxış ediblər.
Qeyd edək ki, COP30-da bir çox ölkələrin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün bir araya gəlirlər. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışı nəzərdə tutulur.
Qlobal.az xəbər verir ki, Braziliyanın xarici işlər naziri Mauro Vieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerini salamlayıb.
Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib.