SON XƏBƏR

Sahib Məmmədovun vəzifəyə gətirdiyi qohumları onu tərk etdi

İyul 15
13:03 2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) sədr Sahib Məmmədovla İqtisadiyyat Nazirliyindən gətirdiyi bəzi kadrları arasında gərginlik yaranıb.

Nəticədə son 15 gündə 4 nəfər ərizəsini yazaraq AHİK-dən istefa verib.

Məlumata gərə, istefa verənlər arasında sədr Sahib Məmmədovun yaxın qohumu, İqtisadiyyat Nazirliyindən AHİK-ə transfer edilərək Daxili Nəzarət Şöbəsinin müdiri təyin edilmiş ehtiyatda olan Sərhəd xidməti polkovniki Babək Orucov da var: "O, AHİK-ə gələndən qısa zaman sonra burada böyük güc sahibinə çevrildi. Lakin son aylar sədrlə aralarındakı fikir ayrılığı dərinləşdi. O və daha 3 nəfər bu səbəbdən istefa verdi. Gözlənilir ki, istefalar artacaq…”

Xəbərə görə, hazırda AHİK sədrinin bəzi müşavirləri, o cümlədən digər qohumları ilə bağlı gərginlik alovlanmaq üzrədir…
 
Mənbə : MİA.az

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook