Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
May 26
10:13
2022
Mayın 31-i, saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.