Şagirdlər “Tais ikf” MMC-nin məhsullarından zəhərlənib? - "Rəhbərlik deyib ki, heç bir məlumat verilməsin"
Aprel 06
15:15
2023
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda bildirilir ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən "Tais ikf” MMC-dir. Məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetindən toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Teleqraf.com məsələ ilə bağlı adıçəkilən şirkətlə əlaqə saxlayıb.
Şirkətdən bu haqda məlumat verə bilmədiklərin bildirilib: "Rəhbərlik deyib ki, heç bir məlumat verilməsin. Bu, bizlik deyil.

Bəli, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində iaşə xidməti göstərən bizim şirkətdir. Bilmirəm nə vaxt, amma şirkət bu haqda məlumat yayacaq”.
Qlobal.az