SON XƏBƏR

Şabranda bullinq mövzusunda valideynlərə təlim keçirilib

Yanvar 08
00:49 2023
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş "Mənə zaman ayır, anacan” layihəsi Şabran rayonunda icra olunur. 
 
Layihə rəhbəri Şabran şəhər 1nömrəli ümumi orta məktəbin psixoloqu Aynur Fərmanovadır.

Bu barədə Aynur Fərmanova məlumat verib. 

Ekspertlər düşünürlər ki, orta məktəblərdə bullinq və digər zorakılıqların tez-tez gündəmə gəldiyi bir vaxtda psixoloqların bu layihələrə cəlb olunması olduqca vacibdir. 

Aynur Fərmanova da deyir ki, layihənin məqsədi şagirdləri təlimə yönləndirmək, valideynləri maarifləndirmək, yaş dövrlərinin xüsusiyyətlərinə görə problemləri aşkar etmək, təlimdən geridə qalmanın səbəblərini müəyyənləşdirmək və nəticəyə əsasən korreksiya işləri aparmaqdır. 

Bununla yanaşı, layihənin vəzifəsi nümunəvi psixoloji xidmətin təşkil olunmasıdır. Eyni zamanda, layihədə aşağıdakı mövzularda valideynlərə təlimlər keçirilib: 

1. Məktəbəqədər və kiçim məktəb yaş dövrü;
2. Yeniyetməlik dövrü;
3. Enneaqram ilə övladını kəşf et;
4. Bullinq;
5. Peşə seçimi.

Layihədə hər bir ailə üçün  maarifləndirici kitabça hazırlanacaq. Kitabça aşağıdakı mövzuları əhatə edəcək: 

1. Məktəbəqədər yaş dövrü haqqında qısa məlumat;
2. Kiçik məktəb yaş dövrü haqqında qısa məlumat;
3. Yeniyetməlik dövrü haqqında qısa məlumat.
4. Çətinliklərlə mübarizə yolları.
5. Məqsədə çatmaq üçün iradə gücümüzü necə inkişaf etdirək.
6. Mənim temperamentim.
7.V alideynlər üçün tövsiyələr.
 


Psixoloq deyir ki, layihə nəticəsində övladının şəxsiyyət kimi formalaşmasında valideynə dəstək göstərilir, valideyn övladını daha yaxından tanıyır, onunla birlikdə səmərəli zaman keçirir, "valideyn-övlad-məktəb münasibətləri” üçbucağının bütün tərəfləri diqqətdə saxlanılır: "Şagirdlərin təlimdən geridə qalma səbəblərinin aradan qaldırılması üçün psixodiaqnostik testlər keçirilib. Hazırda testlərin nəticələrinə əsasən korreksiya işləri görülür".  

Onun sözlərinə görə, layihə valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanır, şagirdlər böyük həvəslə layihədə iştirak edirlər. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook