SON XƏBƏR

Sabirabadda yeniyetmə qızın evləndirilməsinin qarşısı alınıb

İyun 08
12:03 2022
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmamış yeniyetmə qızın evləndirilməsi məsələsinə münasibət bildirib.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu APA-nın sorğusuna cavab olaraq bildirib ki, yeniyetmə qızın ailəsi ilə danışıqlar aparılıb:

"Danışıq zamanı onlar ailədə xəstə adamın olduğunu əsas gətirərək nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Ancaq araşdırma zamanı nişan yox, toy mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyənləşib. Dərhal müdaxilə olunub, toyun keçirilməsinin qarşısı alınıb. Eyni zamanda ailəyə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın evləndirilməsi nəticəsində ailə inzibati, hətta hüquqi məsuliyyətə cəlb oluna bilər”.

Qeyd edək ki, toyun bu gün keçirilməsi nəzərdə tutulmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook