YAP-ın rayon təşkilatının sədrinin oğlu narkotiklə tutuldu
Dekabr 19
15:17
2019
Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.
Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.
Qlobal.az



