Sabiq xanım başçının fəaliyyət dövrü araşdırılır
İyul 07
13:44
2022
Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq xanım başçının quruma rəhbəlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qansuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar.
Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanlasaq da, xəbər nə təsdiq, nə də təkzib edildi.
Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad olunub.

Qlobal.az