SON XƏBƏR

Sabiq prokuror həbs edildi – Dələduzluqda ittiham olunur

Fevral 06
12:24 2016
Dələduzluq ittihamı ilə axtarışda olan sabiq prokuror saxlanılıb.
 
Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilən Pənah Pənahov həbs edilib.
 
Qusar Rayon Polis Şöbəsi tərəfindən bu ilin yanvar ayında axtarışa verilən sabiq prokuror Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Qusar RPŞ-dən "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.
 
Bildirilib ki, Pənah Pənahov əvəllər Quba rayon prokuroru olub. Qusar rayon məhkəməsinin qərarı ilə P.Pənah barəsində həbs-qətimkan tədbiri seçilib. (qafqazinfo)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook