Sabiq nazir: “Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”
Oktyabr 20
09:31
2020
Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar atəşkəs razılaşmasının ömrü çox qısa oldu. Özü də hər dəfə atəşkəs razılaşması əldə olunduqdan sonra Ermənistan təkcə hərbi mövqelərimizi deyil, yaşayış məntəqələrimizi hədəfə aldı, Gəncə əhalisinə qarşı qadağan olunmuş raketlərdən istifadə etməklə bəşəri cinayət törətdi. Bu barədə və ümumiyyətlə, situasiya ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla danışdıq.
- Tofiq bəy, məntiqə əsaslansaq, ağır vəziyyətdə olan Ermənistan atəşkəs rejiminin qorunub-saxlanmasında maraqlı olmalıdır. Ancaq bunun əksi baş verir, hətta dinc sakinlərimizə qarşı qəddarlıq nümayiş etdirilir. Sizcə, bunun səbəbi nədir? Ermənistan daxilində hakimiyyətsizlikmi hökm sürür, yoxsa Nikol Paşinyan özü bütün erməniləri ağılsızlığının qurbanına çevirməkdədir?
- Ermənilər tendensiyanı müşahidə edərək görürlər ki, gücləri gün-gündən azalır. Bu məqamda təbii ki, onlara atəşkəs lazımdır. Amma onlar yaxşı başa düşürlər ki, dünənki, yaxud sabahkı atəşkəs tərəflərin niyyəti əsasında mümkündür. Yəni onların istədiyi atəşkəs fərqli bir şeydir. Atəşkəsdən başqa, onlar hansısa qüvvələrin gəlməsilə bağlı müşahidə olunan situasiyanı istəyirlər. Daha doğrusu, artıq başa düşüblər ki, Rusiya onların əvəzinə vuruşan deyil. İkincisi də burada atəşkəsin əldə olunması zamanı hansısa qüvvələrin gəlməsini və bu gün, ya sabah olan təmas xəttində tərəflər arasında yerləşməsini istəyirlər.
- Sülhməramlı, yaxud da müşahidəçi adı altında...
- Bəli. Bəlkə də ilkin mərhələdə müşahidəçi olsun. Hansı ki, bu və ya digər şəkildə zəif də olsa, beynəlxalq qurumları, ya da rusları təmsil eləsin. Ya da hansısa sülhməramlı qüvvələr gətirilsin. Bu mənada ermənilərin istəyi bəllidir. Ona görə də zəif formada qurulan atəşkəsin tərəfdarı deyillər. Zəif mövqe deyərkən coğrafi mövqedən söhbət getmir. Əslinə qalsa, onlar başa düşürlər ki, artıq əraziləri itiriblər. Amma indi təmas xəttində, Ermənistan və Azərbaycan arasında hansısa üçüncü qüvvə müşahidəçi olsun və onlar hərbi əməliyyatların yenidən bərpa olunmasına imkan verməsin. Digər tərəfdən də ermənilər məsələləri uzatma siyasətini - status-kvonu - davam etdirsinlər. İndiki mərhələdə onlar həmişə zərbə altında olacaqlar. Yəni biz görsək ki, yenə uzadırlar, konkret bir şey demirlər, torpaqları azad etmək istəmirlər, o halda atəşkəsin üstündən keçmək heç bir problem yaratmayacaq.
- Amma Azərbaycan Prezidenti qəti şəkildə bəyan edib ki, təmas xətti yoxdur, status-kvonu biz aradan qaldırdıq və Azərbaycanın icazəsi olmadan ərazilərimizə heç bir sülhməramlı qüvvə gətirilə bilməz! Deməli, ermənilərin bu istəyi də heç zaman reallaşmayacaq, elə deyilmi?
- Təbii. Baxın, ermənilərlə yaxınlıq edən Fransa və Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası olacaq. Amma doğrusu, mən inanmıram ki, məcburən hansısa qüvvələrin yeridilməsi ilə bağlı hansısa qətnamələr qəbul olunsun. Bu, cəfəngiyyatdır, mümkün olan şey deyil. Ermənilər, deyəsən, özlərinin acınacaqlı vəziyyətlərini indiyədək dərk etməyiblər. Hər halda, Paşinyan bunu qəbul etmək istəmir. Çünki o başa düşür ki, indiki mərhələdə əgər müxtəlif yerlərdən səslənən "işğaldakı ərazilər azad olunsun” və sair tələbləri qəbul etsə, bu, onun siyasi taleyinin sonu olacaq. Ona görə də bu siyasi manevrlər davam edir. Amma mən inanmıram ki, indiki mərhələdə atəşkəs mümkündür. Çünki qarşı tərəf, ermənilər atəşkəsin nəyin naminə olduğunu bəyan etməlidirlər. İndi atəşkəs istəyi ondan ibarətdir ki, gəlin, əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini aparaq.
- Rəsmi Bakı birtərəfli qaydada ermənilərin meyitlərini Tovuz istiqamətində Ermənistana verməyi təklif etdi, amma bunun əvəzində işğalçı ölkə Tovuz daxil olmaqla, digər sərhədboyu rayonları da atəşə tutdu. Paşinyan meyitləri niyə qəbul etmək istəmir?
- Əgər bu, baş versə, onda Ermənistan humanitar atəşkəs adı ilə daha heç nə təklif edə bilməyəcək. Bunun ardınca onlar nə isə siyasi baxımdan təklif etməlidirlər. Yəni o halda deyilməlidir ki, atəşkəs edin, biz bəzi bölgələrdən öz qoşunlarımızı çəkək, qan tökülməsin. Ya da deməlidirlər ki, Azərbaycan əvvəlki mövqelərinə qayıtsın. Yəni hansısa siyasi tələb olmalıdır. İndi humanitar "kozır”ı saxlayırlar əllərində. Bizimkilər isə onları qabaqlayıblar. Bu, çox vacib bir addım idi. İndiki mərhələdə ermənilər atəşkəs istəyəndə nəyə görə bu, bərqərar olmur? Çünki ermənilər özləri buna imkan vermir. Çünki əllərində "kozır” kimi saxlayırlar. Bu məsələ reallaşandan sonra heç olmasa ruslar kimi deməlidirlər ki, 5, ya 7 rayonu azad edirik, əvəzində də erməni əhalinin Qarabağda qalmasına imkan yaradın. Yəni indiki hərbi vəziyyətə uyğun olaraq konkret bir söz deməlidirlər. Ancaq bir söz demirlər və sadəcə, "atəşkəs istəyirəm” söyləyirlər. Bu isə reallaşan məsələ deyil.
- Atəşkəsin təşəbbüsçüsü olan Rusiya və Fransa, sizcə, Ermənistanın təxribatçı hərəkətlərini, siyasi həyasızlığını və avantürasını necə qarşılayır?
- O ölkələrin rəhbərliyi, ən azı bir qismi erməni lobbisinin təsiri altındadır. Hiss olunur ki, Fransa əlində Azərbaycana qarşı heç bir təsiredici amilin olmadığını başa düşür. Rusiya da təsir etmək istəmir və birmənalı deyir ki, bundan qabaq bunu sizə təklif edirdik, ancaq qəbul etmədiniz, dediniz ki, özümüz edəcəyik. Onda özünüz edirsinizsə, edin. Amma erməni lobbisinin və seçicilərinin təzyiqini birtəhər yola vermək üçün bu təşəbbüslər, danışıqlar, atəşkəs çağırışları baş verir. Amma hamı başa düşür ki, indiki mərhələdə Azərbaycan Ordusunun hücumu dayandıracağını gözləmək üçün adam gərək ağlını itirsin. Nəyə görə? Əslinə qalsa, Rusiya da bunu çox istəmir. Çünki hərbi əməliyyatların bərpa olunması ilə bağlı bu və ya digər şəkildə onun da öz məqsədləri var.
- Niyə?
- Ən azı Paşinyanı cəzalandırmaq üçün. Belə fikirlər çoxdur. Hələ Paşinyan cəzasını almayıb axı. Atəşkəsi əldə edəndən sonra deyəcək ki, mən qələbə çaldım. Yəni heç kəs hələ heç bir gizlin məqsədinə nail olmayıb.
- Azərbaycan Ordusu ətraf ərazilərlə yanaşı, keçmiş Dağlıq Qarabağ ərazisini də azad etməyə başlayıb. Bunun hansı anlamı var?
- Mən burada fərq görmürəm. İlk növbədə ona görə ki, bizdə artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur.
- Necə düşünürsünüz, bu qədər qan tökülməsindən, Ermənistanın hər cür terrora əl atmasından sonra Qarabağ ermənilərinə hansısa bir statusun verilməsi masadan kənara qoyulmalı deyilmi?
- Biz bu barədə niyə fikirləşməliyik? Qoy ermənilər fikirləşsinlər və desinlər ki, biz bunu istəyirik. Onda bu məsələyə baxmaq olar.
- Ermənistan Dağlıq Qarabağdakı terrorçu rejimin "müstəqilliyi”ni tanıyarsa, Azərbaycan da İrəvan Mühacir Respublikasını tanımalıdır deyə təkliflər var...
- Biz niyə prosesləri qabaqlamalıyıq ki? Bunun variantları çox ola bilər. Ermənilər deyirdilər atəşkəs istəyirik. İndi də deyirlər bizə kömək edin, daha nələr. Desinlər ki, biz filan ərazilərdən çıxırıq, silahları aparırıq, siz bunun qarşılığında bizə nə deyə, nə verə bilərsiniz? Bunu soruşan var ki?
- Ermənistan bunu demir, əksinə, Qarabağa döyüşmək üçün 100 qadın göndərməyə hazırlaşırlar.
- Şad xəbər olasınız (ürəkdən gülür). Mən Tural Gəncəliyevin icmalarla bağlı təşəbbüsü var idi, onu da tənqid edirdim. Biliriniz nəyə görə? Erməni səndən heç nə xahiş etmir, indidən bunu niyə deyirsən? Bir vaxtlar deyirdik, onlar qəbul etmirdi, daha yaddan çıxaraq da bu məsələni. O məsələnin masaya qayıtması üçün ermənilər təşəbbüs göstərməlidirlər, məntiqə görə.
- Deməli, Ermənistanın terrorçu rejimin "müstəqilliyini” tanıması hədəsi də boşunadır, eləmi?
- Təbii ki, boşunadır. Elə bilirsiniz bunu bizə görə elan etmir? Onların xeyrinə olsaydı, çoxdan elan edərdilər. Çünki bu, artıq qırmızı xətti keçməkdir. Əgər bu qərarı elan etməsələr, sabah gəlib bizdən statusu necə istəyəcəklər? İndi bunlar 2-3 zərbə alandan sonra gəlib deyəcəklər ki, yaxşı, daha qurtardıq, status istəyirik. Onu elan edəndən sonra bu, mümkün olan şey deyil.
- Tofiq bəy, ümumiyyətlə, əhalisinin sayı təkcə Füzuli rayonunun əhalisinə bərabər olan bir bölgəyə - keçmiş Dağlıq Qarabağa - niyə özəl status verilməlidir ki? Sovet imperiyasının Azərbaycana qarşı qəsdi olubsa, nəhayət, bu məsələnin ədalətli tənzimlənməsinin zamanı deyilmi?
- Mən Qarabağ ermənilərinə status verilməsi mövzusu barəsində heç fikirləşmək belə istəmirəm. Vaxtilə danışıqlar apararkən bu, bizim təklifimiz olub ki, işğalı dayandırın, sülhü bərqərar edək, qan tökülməsin, status verək. Ancaq ermənilər imtina ediblər. İndi biz təzədən status söhbətini niyə səsləndirməliyik ki? Ermənilər də desinlər ki, hə, bunlar zəifdirlər, danışıqlar istəyirlər... Bizdə Dağlıq Qarabağ bölgəsi yoxdur, işğal olunmuş ərazilər var.
- Və Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazi vahidi də yoxdur...
- Yoxdur, çoxdan, 30 ildir yoxdur. Qurtaraq da Dağlıq Qarabağ, Aran Qarabağ... İşğal olunmuş ərazilərimizdir. Azad edildikdən sonra baxaq, görək nə olacaq.
- Sonrakı mərhələdə Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəyən Qarabağ erməniləri ilə bağlı araşdırmalar aparmaq lazımdır ki, xalqımıza qarşı cinayət olub, ya yox, elə deyilmi?
- Bəli, ərizəsini yazsın, sübut eləsin ki, cinayətləri olmayıb, biz araşdırarıq. Baxıb görərik o, Azərbaycanın himnini öyrənib, oxuya bilir, ya yox? Digər ölkələrdə vətəndaşlıq necə verilir?
- ABŞ Konqresinin nümayəndələr palatası erməni lobbisinin təşəbbüsü əsasında Türkiyənin NATO-dan çıxarılması məsələsini gündəmə gətirib. Bu iddialar nəyi dəyişə bilər?
- Fantastik məsələlərdir. İlk növbədə Türkiyə NATO-ya lazımdır. NATO tərkibində ikinci orduya malik olan Türkiyədir. Ermənipərəstlər isə onu çıxartmaq istəyirlər. İmkanları varsa, çıxartsınlar. Türkiyə öz maraqları əsasında hansısa qərar qəbul edir.
- Bugünlərdə İranın mövqeyini necə dəyərləndirirsiniz?
- Mən indiki mərhələdə İranın mövqeyini çox müsbət qiymətləndirirəm. İlk növbədə ona görə ki, İran əhalisinin böyük bir hissəsi, təkcə azərbaycanlılar yox, digər millətlərdən olan insanlar Azərbaycana çox müsbət sevgi ilə yanaşan vətəndaşlardır. Təbii ki, İranın siyasəti onların münasibətindən çox asılıdır. Mən heç vaxt inana bilmərəm ki, kimsə əhalinin yarısının dəstəkləmədiyi addımı atsın. Bu, mümkün olan şey deyil. Təbii ki, bu, ilk növbədə siyasi qüvvələr üçün böyük problem yaradacaq. Dəfələrlə gördük ki, İran vətəndaşları necə sevinclə Arazın o tayından Azərbaycanın şəhər və kəndlərini azad etməsinə, bayrağını ucaltmasına baxırlar. Əslində Xudafərin körpüsünün əksinin ermənilərin pul əsginaslarının üzərində olması İrana da, bizə də təhqir idi.
- Ermənistan ərazisindən Azərbaycana qarşı terror hücumlarının davam edəcəyi halda, sizcə, hansı addımlar atılmalıdır?
Musavat.com

- Əgər ermənilər müqaviməti və işğalı davam etdirəcəklərsə, Azərbaycanın həmin atəş nöqtələrini darmadağın etməyə tam ixtiyarı var. Orta əsrlərdən qalma belə bir məsələ var. Deyir ultimatum verirəm, təslim olursan, səni sağ-salamat buraxıram. Atəş açıram, səni əsir götürürəm, öldürmürəm. Amma hücuma keçsəm, öldürəcəyəm. Biz bundan əvvəl danışıqlar vaxtı onlara hansısa kompromisslər təklif edirdik. Amma razı olmadılar. İndi müharibə gedir, qanımız hesabına torpaqlarımızı azad edirik, indi fikirləşək ki, onlara muxtariyyət verək, ya yox? Bu mərhələ artıq keçdi. Müqavimət davam edəcəksə, təbii ki, bizim də mövqelərimiz sərtləşəcək. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qorumaq üçün hər bir addımı ata bilər. Hələlik biz öz ərazilərimizdə əməliyyat aparırıq. Yəni hər bir addım ölçülüb-biçilməlidir. Digər tərəfdən, ermənilər unutmasınlar ki, Azərbaycanın Silahlı Qüvvələrinin ən güclü hissələrindən biri olan Naxçıvandakı bölmələrimiz Ermənistanın paytaxtının cəmi 40 kilometrliyindədir. Əgər Ermənistan öz ərazisindən Gəncəyə terror hücumlarını davam etdirsə, istisna etmirəm ki, Azərbaycan cavab olaraq Ermənistan ərazisindəki hərbi obyektləri darmadağın etmək üçün öz gücündən tam şəkildə istifadə edəcək. Bu, normal və adekvat cavab olacaq.