Sabiq müdaifə naziri general- mayor Dadaş Rzayevin səhhəti normaldır
Oktyabr 05
18:08
2016
Azərbaycanın sabiq müdaifə naziri general-mayor Dadaş Rzayevin səhhəti normadır. Bu barədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ictimaiyyətlə əlaqə şöbəsindən Qlobal.az-a verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur: "Ötən gün ölkənin bir sıra saytlarında və xəbər portallarında, o cümlədən missiya.az, vizual.az, musavat.com, qlobal.az, faktxeber.com, avrasiya.net, axtar.az, deyerler.az və digərlərində Azərbaycanın keçmiş müdafiə naziri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin bir neçə gün öncə qonaqları olan rusiyalı generallarla ziyafət məclisində səhhətinin qəfil pisləşməsi səbəbindən huşunu itirdiyi və təcili tibbi yardım maşını ilə qonaqlıqdan birbaşa Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinə aparıldığı barədə məlumatlar yayılmışdır. Həmin məlumatlarda həmçinin, guya keçmiş nazirin yaxınlarının da onun sağlıq durumunun hazırda ağır olduğunu bildirməsi də qeyd olunmuşdur.
Respublika Veteranlar Təşkilatı bu məlumatların həqiqəti əks etdirmədiyini, Təşkilatın sədrinin hazırda Mərkəzi Hərbi Klinik Hospitalda müalicə almasının hər il olduğu kimi cari ildə də profilaktik məqsəd daşığıdığını bəyan etməklə, elektron KİV nümayəndələrini dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırır. Həmçinin, bunun hansısa ziyafət məclisi ilə heç bir əlaqəsinin olmadığını və hazırda general-mayor Dadaş Rzayevin səhətinin normal olduğunu bildiririk.
Yeri gəlmişkən, adını çəkdiyimiz saytlardan bəzilərinin Dadaş Rzayevin tutduğu vəzifəni yanlış göstərməsi onların məlumatlılığından və informasiyaya münasibətindən xəbər verir.

Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz ölkə KİV-ni və onun nümayəndələrini özümüzə ən yaxın həmkarlar hesab edirik”.
Qlobal.az