SON XƏBƏR

Sabiq MTN polkovniki Ali Məhkəmədəki prosesdə iştirak üçün müraciət edib

Dekabr 19
11:17 2019
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və idarənin sabiq işçisi Səlim Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən olan Arif Həsənov kassasiya şikayətinə etiraz verib. Zərərçəkmişin vəkili iş materialları ilə tanış olmaq üçün vaxt istəyib.

Həmçinin elan edilib ki, polkovnik Səlim Məmmədov prosesdə şəxsın iştirak etmək üçün məhkəməyə müraciət edib. Bu səbəblərə görə, prosedə fasilə elan edilib.

Proses 2020-ci ilin yanvar ayının 30-da davam etdiriləcək.

Qeyd edək ki, A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova əmlak müsadirəsi ilə bağlı da şikayət veriblər.

Xatırladaq ki, A.Çovdarov və Səlim Məmmədov apellyasiya məhkəməsinin qərarından verdikləri kassasiya şikayətini geri götürsələr də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət ediblər.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook