SON XƏBƏR

Sabiq deputatlar 2 aydır maaş almır - Spiker məzuniyyətdədir

Yanvar 18
11:37 2016
Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər.
 
Qlobal.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər. Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir. Məlumatı sabiq deputatların bir neçəsi musavat.com-a təsdiqləyib.
 
Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook