SON XƏBƏR

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Aprel 24
10:01 2024
Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Qlobal.az "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğul olan şirkətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 349.789,02 manat vergi borcu var.

Qanuni təmsilçisi Əliyev Səftər Fikrət oğlu olan MMC 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə şikayət edib və "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə" iddia qaldırıb.

İşə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səftər Əliyevin Fikrət oğlu "Aqua Safe" və "E and S" şirkətlərinin də sahibi olduğu deyilir.

Onu da qeyd edək ki, keçmiş deputat İlham Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook