SON XƏBƏR

Sabiq deputata məxsus bina sökülür

Sentyabr 07
18:29 2022
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.

Hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli "Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.

Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.

Tikilinin sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook